04.11.2015
Gündəm
Bəhreyn Formula-1 mərhələsinin təşkilində Azərbaycana kömək edəcək
Bəhreyn 2016-cı ildə Bakıda Formula-1 mərhələsinin təşkilində Azərbaycana köməklik göstərəcək. Cars-az "report" istinadən xəbər verir ki, yarışların təşkilində köməklık göstərən marşallar komandası könüllülər qismində Bakıya gələcək.
Bu barədə danışan Bəhreyn Olimpiya Komitəsinin baş katibi Abdulrahman Əl-Askar deyib ki, bu 2004-cü ildə Formula-1 yarışına ev sahibliyi etmək hüququ qazandıqdan sonra Bəhreynin ilk qələbəsidir. Qeyd edək ki, "Formula-1" yarışlarının Avropa Qran-prisi 2016-cı ilin iyulunda Bakıda keçiriləcək.