Bayrama görə bu yollar bağlanır

Bayrama görə bu yollar bağlanır

Bakının bir neçə küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Cars-az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, General Akim Abbasov küçəsinin Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsindən Mirəli Seyidov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılıb. Yolun bağlanması "Bayram yarmarkası" ilə əlaqədardır. Sürücülərə alternativ olaraq Nazim Hikmət küçəsindən istifadə etmələri tövsiyə olunur. Yarmarka mart ayının 19-dək davam edəcək.

Fərid

Dostlarınla paylaş


Şərhlər


Top