«Baku Bus»dan polislərə güzəşt açıqlaması
Polis əməkdaşlarının «Baku Bus» MMC-yə məxsus avtobuslardan pulsuz istifadəsi ilə bağlı məsələ geniş müzakirələrə səbəb olub. MMC-nin avtobuslarını idarə edən sürücülər mülkü geyimdə olan polislərdən gedişhaqqı tələb edirlər və bu göstərişin rəhbərlik tərəfindən verildiyini bildirirlər. Amma bu gün hüquqşünas Ərşad Hüseynov Cars-az.az açıqlamasında bildirdi ki, qanunvericilik polislərin formada olub-olmamasından asılı olmayaraq avtobusdan vəsiqəni təqdim etməklə pulsuz istifadəsinə imkan verir.
Məsələ ilə bağlı «Baku Bus» MMC də Cars-az-a açıqlama göndərib. Həmin açıqlamanı olduğu kimi təqdim edirik: ««Baku Bus» MMC-yə məxsus avtobuslarımızda bütün sərnişinlər gediş haqlarının ödənilməsi ilə bağlı Tarif Şurasının müəyyənləşdirdiyi məbləği vahid «Bakı Kart»-ları vasitəsilə ödəyirlər. Bildiyiniz kimi, Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı güzəştləri 2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ləğv edilib. Hazırda ictimai nəqliyyatda yalnız polislərə güzəşt edilir. Bu güzəşt qanunvericilikdə nəzərdə tutulduğu qaydada 8 xəttimizin hər birində keçərlidir».
«Baku Bus» MMC polis əməkdaşlarının formada olmadığı halda sürücülərin gedihhaqqı tələb edib-etməyəcəyi məsələsi ilə bağlı suala cavab verməyib.
Elməddin