“Baku Bus” işçi axtarır – VAKANSİYA

“Baku Bus” işçi axtarır – VAKANSİYA

“Baku Bus” MMC “Kadrlar üzrə mütəxəssis” vəzifəsinə işə qəbul elan edib. Bu barədə fins.az şirkətə istinadən xəbər verir.

Namizədlərə qarşı tələblər:

- Ali təhsilli;

- Bu sahədə minimum 3 ilə kimi iş təcrübəsi;

- Azərbaycan dilini əla bilmək (rus və ingilis dili arzuolunandır);

- Əmək Məcəlləsini mükəmməl bilmək;

- Kompüter proqramlarında sərbəst işləmək;

- Məsuliyyətli və diqqətli;

- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı;

- Problemləri həll etmə bacarığı;

- İdarəçilik qabiliyyəti;

Əsas vəzifə öhdəlikləri:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulunu, işdən azad edilmələrini, bütün növ məzuniyyətlərin, intizam tənbehinin verilməsini və mükafatlandırılmasını rəsmiləşdirmək;

- İşçilərin şəxsi işlərini formalaşdırıb qaydaya salmaq, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını yerinə yetirmək;

- İşçilərin əmək kitabçalarında vaxtında qeydlər aparmaq, onları qorumaq, əmək stajını hesablamaq, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışlar vermək;

- İşçilərə məzuniyyətlərin verilməsi uçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;

- Cəmiyyətin kadrlara olan tələbatını təmin etmək, kadrlarla bağlı məşğulluq və digər orqanlarına müvafiq hesabatları təqdim etmək;

-Xəstəlik vərəqələrinin hesabalanması;

- İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və s.

Maraqlananlar öz CV-lərini avqustun 8-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mğvzu yerində vəzifənin adı qeyd olunmalıdır.

Dostlarınla paylaş


Şərhlər


Top