25.02.2016
Gündəm
“Baku Bus” avtobusda pul kisəsini itirən sərnişini axtarır
Pul kisəsini itirən şəxs axtarılır. Сars-az xəbər verir ki, bu barədə “Baku Bus”-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bu barədə sosial şəbəkədə məlumat verib. Məlumatda deyilir ki, 3 saylı avtobusumuzda pul kisəsi qalıb. İçərisində pul, bank kartları, çeklər, qəbzlər var:
"Kartın birinin üzərində ad olaraq Samir Həsənov yazılıb. Xüsusi vurğulayaq ki, təcrübəmizdə bank və ya müştərinin koordinatı olan digər hər hansı qurumla əlaqə saxladığımız zaman sosial şəbəkədəki kimi operativ kömək edilmir. O səbəbdən yenə bura yazıram".