25.01.2016
Gündəm
Bakının mərkəzində sıxlıq
Bu gün səhər saatlarından Bakının bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb. Сars-az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) report-a verilən məlumata görə, hazırda Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), İnşaatçılar prospekti (hər iki istiqamətdə), Rəşid Behbudov küçəsi, Nobel prospekti, Koroğlu Rəhimov küçəsi (Prezident iqamətgahına doğru), habelə Neftçilər prospekti, Səməd Vurğun küçəsi, Bakı-Sumqayıt şosesi (paytaxta doğru) və Tbilisi prospektində (20 Yanvar dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.