04.11.2015
Gündəm
Bakının mərkəzi və girişində tıxac yaranıb
Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən Xırdalan dairəsində təmir işlərinin aparılması bu gün də Bakı-Sumqayıt şosesində böyük tıxaca səbəb olub. Hazırda ərazidə paytaxt istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə Cars-az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Eyni zamanda, Bakının Binəqədi şosesində (şəhər istiqamətində), Ziya Bünyadov prospektində ("Koroğlu" metro stansiyası istiqamətində), o cümlədən Xətai prospektində (Azadlıq prospekti istiqamətində) nəqliyyat vasitələrinin sıxlığı qeydə alınıb.
Emin