04.11.2015
Gündəm
Bakıda “zapravka”da maşın yandı
Bu gün Bakının Səbail rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində yanğın olub. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, Badamdar yolunda yerləşən yanacaqdoldurma məntəqəsində 1970-ci il təvəllüdlü Zeynalov Arif Hüseyn oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə yanğın başlayıb. Mühərrik hissəsində başlayan yanğın avtomobilin salonuna keçib.
Operativ müdaxilə nəticəsində yanğının genişlənməsi və YDM-a keçməsinin qarşısı alınıb.