Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Bakıda yol polisi təpikləndi
Bakıda yol polisi təpikləndi

Bakıda yol polisi təpikləndi

Bakıda yol polisi sürücünü saxladığı üçün döyülüb. Cars-az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu M.Hadi küçəsində baş verib. Bakı sakini 1986-cı il təvəllüdlü Fikrət Məmmədov sərxoş vəziyyətdə idarə etdiyi “Volksvagen” markalı 99 DO 706 nömrəli avtomobillə yol hərəkəti qaydasını pozub. Bu səbəbdən DYPİ-nin inspektoru polis baş serjantı 1966-cı il təvəllüdlü Oruc Tağıyev tərəfindən saxlanılıb. Həmin vaxt avtomobildə olan sərnişin 1987-ci il təvəllüdlü Ramil Bağırov polisi təpikləyərək döyüb. O.Tağıyev hadisə nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top