Bakıda yağış yağacaq - PROQNOZ

Bakıda yağış yağacaq - PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən havaproqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 14-də Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə duman, çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarına gəlincə, hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top