Bakıda və Şəkidə maşın yandı - Sürücü yaralandı

Bakıda və Şəkidə maşın yandı - Sürücü yaralandı

Bakıda və Şəkidə maşın yandı - Sürücü yaralandı

Şəki rayonunda yanğın baş verib. Cars-az FHN-ə istinadən məlumat verir ki, Şəki-Yevlax yolunda vətəndaşa məxsus “Ural” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan6 ton ot bağlamasının 3 və avtomobilin ətrafında 200 kv.m sahədə quru ot yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Qaradağ rayonunda "Opel Astra" markalı minik avtomobilinin yanar hissələri və ətrafinda olan 50 kv.m sahədə quru ot yanıb. Yanğın zamanı sürücü və sərnişin əl nahiyələrindən yüngül yanıq xəsarətləri alıblar. Ərazidəki digər otlaq sahələr yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fərid

Dostlarınla paylaş


Şərhlər


Top