Bakıda polis əməkdaşı döyüldü

Bakıda polis əməkdaşı döyüldü

Bakının Xətai rayonunda polis əməkdaşı döyülüb. Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Ş.Mirzəyev küçəsi, ev 15 ünvanında qeydə alınıb.

Polis serjantı, 1988-ci il təvəllüdlü Tural Səfərov naməlum şəxs tərəfindən döyülüb. Polis əməkdaşının döyülməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsində təhqiqat araşdırma aparılıb.

Bölmədə toplanmış materiallar araşdırılması üçün Xətai Rayon Prokurorluğuna göndərilib.

Dostlarınla paylaş


Şərhlər


Top