04.11.2015
Gündəm
Bakıda piyada keçidi yandı
Bakıda piyada keçidində yanğın olub. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nərimanov rayonunda vətəndaşa məxsus “Subaru" markalı minik avtomobilinin yanar hissələri, ümumi sahəsi 400 kv.m olan yerüstü piyada keçidinin üzlük hissəsi 40 kv.m və ekskalatorun rezini 3 kv.m sahədə yanıb. Keçidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma aparılır.
Fidan