04.11.2015
Gündəm
Bakıda “Mercedes”, Füzulidə “VAZ” yandı
Bakıda avtomobil yanıb. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Füzuli rayonunda da avtomobil yanıb. Horadiz qəsəbəsində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cavid