04.11.2015
Gündəm
Bakıda güclü şimal küləyi əsəcək, temperatur enəcək
Sabaha Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, havanın temperaturu bir qədər enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Cars-az-a bildirilib ki, iyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin güclənəcəyi gözlənilir.
Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 26-31 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 4-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda havanın temperaturu gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.