Bakıda bu yollar bağlanır  

Bakıda bu yollar bağlanır  

Paytaxt Bakının 3 küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Cars-az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Mikayıl Useynov prospekti, Akademik Əhəd Yaqubov və Aqil Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Məhdudiyyət 1-2 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək "Baku World Challenge 2014" yarışları ilə əlaqədardır. Sürücülərə alternativ olaraq Qurban Abbasov, Xanlar küçələri və Badamdar şossesindən istifadə etmələri tövsiyə olunur.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top