Bakıda avtomobil qaçıran şəxslər tutulub

Bakıda avtomobil qaçıran şəxslər tutulub

Bakıda avtomobil qaçıran şəxslər tutulub

Bakı şəhəri, Yasamal rayonunun A.Ağayev küçəsindən şəhər sakini Əliqulu İsayevə məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elnur Şıxıyev və Rövşən Gülümcanov Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən Cavadxan küçəsində saxlanılıb və 26-cı Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top