Bakıda avtomobil oğrusu tutuldu

Bakıda avtomobil oğrusu tutuldu

Martın 7-də Rafiq Hüseynovun idarə etdiyi “Chevrolet” markalı avtomobili soyğunçuluq yolu ilə almış şəxs tutulub. Cars-az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maşını oğurlayan Vaqif Qarayev martın 8-də Tbilisi prospektində avtomobili idarə edərkən saxlanılıb.

Nurlan

Dostlarınla paylaş


Şərhlər


Top