08.12.2015
Gündəm
Bakıda 14 maşına hücum oldu – FOTO
Bakıda gecə saatlarında 14 maşına hücum edilib. Cars-az anspress-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Həsən bəy Zərdabi prospektində baş verib.
Avtomobillərin saxlanıldığı dayanacağa hücum edən şəxs və ya şəxslər qarət məqsədi ilə onların şüşələrini sındırıblar. Lakin 2 avtomobildən 1 ətir və mobil telefon aparılıb. Məlumata görə, adıçəkilən prospektdəki dayanacaqda saat 21:00-a kimi mühafizə olur. Hadisə isə gecə saatlarında baş verdiyi üçün bunu törədənləri görmək mümkün olmayıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.