Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Bakı yollarında zəncir və dirək söküntüsü başladı

Bakı yollarında zəncir və dirək söküntüsü başladı

Bakı yollarında zəncir və dirək söküntüsü başladı

Bakı yollarında zəncir və dirək söküntüsü başladı

Paytaxtın bəzi mərkəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə, səkilərə hərəkətə mane olan müxtəlif maneələr, zəncirlər və dirəklər vurulur. Bu isə həm sürücülərin, həm də piyadaların narazılığına səbəb olur. Bunu nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC həmin maneələrin sökülməsi işlərinə başlayıb.

Cars-az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, aparılan işlər nəticəsində paytaxtın mərkəzində, daha dəqiqi Nəsimi rayonu Əlövsət Quliyev, Rəsul Rza, Əlimərdan bəy Topçubaşov, Həzi Aslanov və digər küçələrdə vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə və səkilərə vurulan müxtəlif maneələr, zəncirlər və dirəklər xüsusi kəsici alətlərlə kəsilərək, yığışdırılıb. Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib ki, yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.









Dostlarınla paylaş


Şərhlər


Top