04.11.2015
Gündəm
Bakı-Sumqayıt yolunda xeyli qanunsuz tikili söküləcək
Bakı-Sumqayıt dəmir yolu xətti ətrafında xeyli sayda qanunsuz tikililər var. Bəzi tikililər sökülür, sökülməsi mümkün olmayanların isə yenidən qeydiyyatı aparılır. Cars-az xəbər verir ki bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, dəmir yollarının ətrafında qanunsuz inşa olunan tikililərin sayı həddindən artıq çoxdur: "Əksəriyyətinin sənədi yoxdur. Yeni qeydiyyata alınmadan sonra bütün sənədlər hökumətə təqdim olunacaq".
"Bununla bağlı dövlət başçısının bir neçə sərəncamı var və bu, olduqca həssas məsələdir. Ona görə də məsələ xüsusi yanaşma tələb edir", - deyə C.Qurbanov qeyd edib.