23.01.2016
Gündəm
Bakı-Nyu-York aviareysi ləğv olunub
"Azərbaycan Hava Yollarının" (AZAL) Bakı - Nyu-York aviareysi ABŞ-da hava şəraiti ilə əlaqədar ləğv olunub. Bunu Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında bildiriblər. Bildirilib ki, təyyarənin Bakıdan uçuşu yanvarın 23-ü saat 06:00-da nəzərdə tutulmuşdu.
Qeyd edək ki, ABŞ-ın şərq sahillərində güclü qar yağması səbəbindən təxminən 5 min aviareys ləğv olunub.