03.01.2016
Gündəm
Bakı-Balakən qatarının hərəkəti tam bərpa olunub
Bakı-Balakən qatarının hərəkəti bərpa olunub və artıq qatar paytaxta qayıdıb. Cars-az bu barədə açıqlamasında "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. O qeyd edib ki, Bakıdan Balakənə gedən qatar dünən təxminən 9 saatlıq gecikmə ilə mənzilbaşına çatıb: "Bu gün isə 2 saatlıq gecikmə ilə paytaxta qayıdıb".
N.Əzməmmədov bildirib ki, hazırda bütün istiqamətlərdə qatarların yola düşməsi və geri qayıtması qrafikə uyğun şəkildə həyata keçirilir.