04.11.2015
Gündəm
Azərbaycanda 25 dərəcə isti olacaq - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir, gündüz cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cars-az-a verilən məlumata görə, havanın temperaturu gecə 8-12, gündüz 16-20 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı hava gözlənilir. Dağlıq rayonlarda çiskin olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Aran bölgələrdə havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlıq bölgələrdə gecə 2-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Fidan