Azərbaycan nömrəli avtomobil Türkiyədə saxlanıldı, içindən bunlar çıxdı

Azərbaycan nömrəli avtomobil Türkiyədə saxlanıldı, içindən bunlar çıxdı

Azərbaycan nömrəli avtomobil Türkiyədə saxlanıldı, içindən bunlar çıxdı

Azərbaycandan Türkiyəyə qaçaq yolla keçirilən 33 kilo saf qızıl külçə İstanbulda ələ keçirilib. “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Azərbaycan nömrə nişanlı avtomobili saxlayan polislər baqaj hissəsində 33 kilo 576 qram ağırlığı olan 39 ədəd qızıl külçə aşkarlayıblar. Avtomobili idarə edən A.R.(30) və Y.Y(32) saxlanılıb. Dindirilən şəxslər Azərbaycanda zərgərliklə məşğul olduqlarını, Türkiyədə qızıl bahalı olduğu üçün əridib satmaq üçün həmin ölkəyə keçirdiklərini deyiblər. Saxlanılan şəxslər həbs ediliblər.

Dostlarınla paylaş


Şərhlər


Top