Azərbaycan fransız elektrovozları alacaq

Azərbaycan fransız elektrovozları alacaq

Gözlənilir ki, yaxın günlərdə Azərbaycanın fransız şirkəti Alstom Transport-un istehsal etdiyi 50-yə yaxın elektrovozu alması üçün kredit sazişi imzalanacaq.

Bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov bildirib, Cars-az trend-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, cəlb edilmiş vəsaitlərin hesabına dəmir yolları, dəmir yolu infrastrukturu və kommunikasiyaların yenidən qurulması üzrə işlər aparılacaq.

“Bakı-Sumqayıt marşrutu üzrə dəmir yolu əlaqəsinin işə salınmasından sonra əvvəlcə Gəncə, daha sonra isə şimal istiqamətində də sürətli qatarların işə salınması gözlənilir. Bakı-Sumqayıt marşrutu üzrə dəmir yolunun əsaslı təmiri QSC-nin daxil vəsaitləri hesabına həyata keçirilir”, - deyə, o, bildirib.

Qeyd edək ki, Alstom Transport Fransanın Alstom holdinqinin törəmə şirkətidir. O, elektrovozlar, elektroqatarlar, tramvaylar və infrastruktur üçün avadanlıqlar istehsal edir.

Dostlarınla paylaş


Şərhlər


Top