“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi

Bu gün Şəkidə baş verən zəlzələ ilə əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib.

Cars-az xəbər verir ki, bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları”-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmmədov bildirib.

“İnfrastruktur Departamentinin kollektivləri yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayırlar” -deyə, o bildirib.

QSC-dən bildirilib ki, mütəmadi yoxlamalar xırda təkanlar dayanana kimi davam edəcək.

Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verildiyi kimi, bu gün saat 09.49-da Şəki ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib.

Dostlarınla paylaş


Şərhlər


Top