04.11.2015
Gündəm
“Azərbaycan Dəmir Yolları” “Baku Bus”la anlaşdı
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sumqayıt dəmir yolu xəttində kartla ödənişin tətbiqinə hazırlaşıb. Cars-az xəbər verir ki, bu barədə Qurumun Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov fins-ə bildirib ki, artıq bu məsələ ilə bağlı “Baku Bus” şirkəti ilə razılıq əldə olunub: “Yəqin ki, gələn ayın sonuna qədər bizim turniketlər onların ödəniş sistemləri ilə əlaqələndiriləcək və dəmir yolunda da “Bakı Kart” işləyəcək”.