04.11.2015
Gündəm
AZAL da Bakı-İstanbul reysini ucuzlaşdırdı
“Türk Hava Yolları” şirkətinin Bakı-İstanbul aviareysini ucuzlaşdırmasının ardınca “Azərbaycan Hava Yolları” QSC (AZAL) də oxşar addım atıb. Cars-az-ın AZAL-a istinadən yaydığı məlumata görə, hazırda AZAL-ın Bakı-İstanbul-Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiyası keçirilir - iyulun 20-nə qədər ikitərəfli biletləri cəmi 225 avroya almaq mümkündür. Aviabiletin dəyişdirilməsinə və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur. Maksimal qalma müddəti bir aydır. Qiymətə yığımlar və rüsumlar daxildir.