31.12.2015
Gündəm
Avtovağzalda sıxlıq başladı
Bu gündən başlayacaq istirahət günlərini daha rəngarəng keçirmək istəyənlərin əksəriyyəti bölgələrə üz tuturlar. Bu da Bakı Beynəlxalq Avtovağzalında sıxlığın yaranmasına səbəb olub. Cars-az;n xezerxeber-ə istinadən məlumatına görə, sərnişin sıxlığı əvvəlki günlərə nisbətən bu gün daha çox olub. Bu sıxlıq nəzərə alınaraq xəttə 250-ə yaxın əlavə avtobus buraxılıb. Qiymətlərə də xüsusi komissiya tərəfindən nəzarət olunur. Buna baxmayaraq, qiymətlərin artırılmasından şikayətlənənlər də var.