Avtovağzalda bilet satışı ilə bağlı AÇIQLAMA

Avtovağzalda bilet satışı ilə bağlı AÇIQLAMA

Avtovağzalda bilet satışı ilə bağlı AÇIQLAMA

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet satışı ilə bağlı yaranan problem bu gün səhər saatlarından artıq aradan qaldırılıb.

Cars-az xəbərə verir ki, bu barədə publika.az-a qurumun mətbuat əlaqələndiricisi Məhəmməd Abdullayev bildirib.

Onun sözlərinə görə, bilet satışında problemin yaranmasına səbəb serverdə yaranan nasazlıq olub: “Bilet satışında problem serverin xarab olması ilə bağlı yaranmışdı. Bu gün səhər saatlarından server bir-iki saatlıq işləmədi. Artıq düzəlib və problem aradan qalxıb. Biz əlavə olaraq vaxtı uzatdıq ki, sərnişinlər rahat şəkildə bilet ala bilsinlər”, - M.Abdullayev bildirib.

M.Abdullayev həmçinin bildirdi ki, bilet satışında da heç bir qiymət artımı olmayıb.

Dostlarınla paylaş


Şərhlər


Top