Avtovağzal kompleksi sökülür? - Açıqlama

Avtovağzal kompleksi sökülür? - Açıqlama

Avtovağzal kompleksi sökülür? - Açıqlama

Bakı Avtovağzalı kompleksinin ərazisində sürüşmə nəticəsində yaranmış çatların qarşısını almaq üçün bərkitmə işləri davam edir.

Cars-az xəbər verir ki, bu barədə Azəryolservis ASC-nin mətbuat katibi Anar Nəcəflinin axar.az-a verdiyi məlumata görə, hazırda ərazidə şəhər istiqamətində gələn yolda bərkitmə işləri aparılır. A.Nəcəfli Avtovağzal kompleksində əsaslı söküntü və kompleksin Şamaxı yolu adlanan əraziyə qədər genişləndirilməsi barədə yayılan məlumatı təqdiqləməyib: “Hazırda bərkitmə işləri görülür. Bütün qərarlar təmir işləri yekunlaşdıqdan sonra veriləcək. Hələlik avtovağzal kompleksinin əsaslı sürətdə təmiri və genişləndirilməsi haqda heç bir məlumat yoxdur”.

Qeyd edək ki, vəziyyətlə bağlı yekun rəy Fövqəladə Hallar Nazirliyi tərəfindən veriləcək.

Dostlarınla paylaş


Şərhlər


Top