“Avtoş” şeyxin azərbaycanlı biznesmenlə əlaqəsi varmış

“Avtoş” şeyxin azərbaycanlı biznesmenlə əlaqəsi varmış

“Avtoş” şeyxin azərbaycanlı biznesmenlə əlaqəsi varmış

Bir neçə həftə əvvəl ABŞ-ın Los-Anceles ştatının Beverli Hillz kurort şəhərinin küçələrində “Ferrari” ilə avtoxuliqanlıq edən Qətər şeyxinin azərbaycanlı biznesmenlə əlaqələri üzə çıxıb. Cars-az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “The Daily Beast” nəşri yazır. Qətər şeyxi Hamad ben Xalid əl-Taninin Beverli-Hillz küçələrində sarı rəngli “Ferrari” ilə şütüyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozması və daha sonra tələsik ABŞ-ı tərk etməsi məlumatı yayılıb. Həmin insidentdən sonra polis şeyxdən ifadə almaq istəyib. Amma əl-Tani diplomatik immunitetinin olduğunu deyərək ifadə verməyib və daha sonra ABŞ-ı tərk edib. Ancaq şeyx ABŞ-ı tərk edəndən sonra Dövlət Departamenti bildirib ki, onun diplomatik immuniteti olmayıb. “The Daily Beast” yazır ki, bu pleyboy ərəb şeyxi sürət avtomobillərinin həvəskarıdır və Beverli Hillz onun sevimli istirahət məkanıdır. O, polis əməkdaşları ilə söhbətində guya Beverli Hillzdə şəxsi qran-pri yarışını keçirməyə hazırlaşdığını və bu məqsədlə “Ferrari”ni sınaqdan keçirdiyini deyib.

Dostlarınla paylaş


Şərhlər


Top