Avtomobilləri qarət edən şəxslər tutuldu

Avtomobilləri qarət edən şəxslər tutuldu

Avtomobilləri qarət edən şəxslər tutuldu

Bakının Binəqədi rayonunda avtomobildən oğurluq edilib. Сars-az teleqraf-a istinadən xəbər verir ki, cari il yanvar ayının 10-dan fevral ayının 10-dək olan müddətdə Binəqədi rayonunun Xocəsən qəsəbəsindəki dayanacaqlardan birindən BMC markalı 3 avtomobildən akkumulyator oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Amid Babayev tutulub. Bundan başqa, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Bakı şəhər sakini Rafiq Ələsgərova məxsus avtomobildən oğurluq etmiş paytaxt sakini Elçin Xəlilov tutulub.

Dostlarınla paylaş


Şərhlər


Top