04.11.2015
Gündəm
Avtomobilləri içində yatmaq üçün oğurlayırmış
Cars-az regiontv-yə istinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin əməkdaşları başqasına məxsus avtomobillərə qənim kəsilən şəxsi ələ keçirib. Keşlə qəsəbəsində yaşayan 22 yaşlı Sənan Şirinov sonuncu dəfə VAZ 2107 markalı avtomobili qaçırarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda istintaqa cəlb edilən 22 yaşlı gənc avtomobilləri oğurlamasını özünə məxsus şəkildə izah edib. Guya evdən qovulan Sənan Şirinov gecələmək üçün yeri olmadığından, bu məqsədlə maşınları qaçırıb içərisində yatırmış.