Avtomobildən tapança və qumbara tapıldı

Avtomobildən tapança və qumbara tapıldı

Bakı şəhər sakininin avtomobilindən tapança və qumbara aşkar edilib. Cars-az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həsən Həsənova məxsus “Chevrolet” markalı avtomobilə baxış zamanı nömrəsi silinən “Makarov” markalı tapança, “F-1” qumbarası və xəncər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top