Avtomobil yolunun tikintisinə 2,5 milyon manat ayrıldı

Avtomobil yolunun tikintisinə 2,5 milyon manat ayrıldı

Avtomobil yolunun tikintisinə 2,5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Сars-az xəbər verir ki, sərəncamla səksən altı min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ramana-Maştağa avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon manat ayrılıb. Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Dostlarınla paylaş


Şərhlər


Top