Avtomobil oğruları yaxalandı - Sumqayıtda

Avtomobil oğruları yaxalandı - Sumqayıtda

Xətai rayonunda avtomobil oğurlayan şəxs yaxalanıb. Сars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatına görə, Nəriman Əkbərova məxsus “Toyota” markalı avtomobili qaçıran Saatlı rayon sakini 27 yaşlı Nicat Haqverdiyev yaxalanıb. Eyni cinayət əməli ilə əlaqədar daha bir şəxs Sumqayıtda saxlanılıb. Məlum olub ki, Tacir İsgəndərova məxsus “VAZ-2105” markalı avtomobili qaçıran və Saləddin Məmişova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmağa cəhd göstərən şəhər sakini İsgəndər Atakişiyevdir.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top