21.02.2016
Gündəm
Avtomobidə gedə-gedə qarşısına çıxanlara atəş açdı - 6 ölü
Naməlum şəxs ABŞ-ın Miçiqan ştatının Kalamzu dairəsində yoldan keçənlərə atəş açıb. Сars-az--ın CNN-ə istinadən verdiyi məlumata görə, avtomobildən açılan atəş nəticəsində altı nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. “Görünür, kimsə öz avtomobili ilə hərəkət edə-edə sadəcə qarşısına çıxanlara atəş açıb”, - deyə polisdən bildirilib. Hadisəni törətməkdə şübhəli bilinən 50 yaşlarında ağdərili kişini ələ keçirmək hələlik mümkün olmayıb. Polis onun içərisindən atəş açdığı və hadisə yerindən qaçdığı “Chevrolet HHR” avtomobili də axtarır.