04.11.2015
Gündəm
Avtobusa hücum: 18 yaralı
Avtobus dayanacağına edilən hücum daxil olmaqla, Yerusəlim və İsrailin şimalında baş verən atışma və bıçaqlanma hadisələri nəticəsində çoxlu sayda İsrail vətəndaşı xəsarət alıb.
Cars-az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail rəsmiləri məlumat yayıb. Bildirilir ki, Yerusəlimdə avtobusa edilən hücum zamanı 18 nəfər ağır xəsarət alıb. Onlardan 6 nəfərin vəziyyəti ağırdır. Hücumlarda şübhəli bilinən 17 fələstinli polis tərəfindən saxlanılıb. Avtobus dayanacağında 3 nəfəri bıçaqlayan şəxs isə polis tərəfindən odlu silahla öldürülüb.