Avtobus sürücülərinə tapşırıq verildi

Avtobus sürücülərinə tapşırıq verildi

Bakı Beynəlxalq Avtovağzalı bölgələrə səfər edən nəqliyyat vasitələrinə sürətin azaldılmasına dair göstəriş verib. Сars-az xəbər verir ki, bunu report-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib.

Onun sözlərinə görə, nəqliyyat vasitələrinə sürət həddini 60 km/saatı aşmamaq tapşırılıb.

Hazırda bölgələrə gedən yollarda hər hansı bir ciddi problemin olmadığını deyən M.Abdullayev əlavə edib ki, avtobusların gedişi və gəlişində gecikmə qeydə alınmayıb.

Növbə rəisi sərnişinlərin sayının da azaldığını vurğulayıb: "Ümumiyyətlə, qış mövsümündə sərnişinlərin sayında azalma müşahidə edilir".

Dostlarınla paylaş


Şərhlər


Top