Avtobus daşlayan şagirdlər tənbeh edildi - valideynləri cərimə ödəyəcəklər

Avtobus daşlayan şagirdlər tənbeh edildi - valideynləri cərimə ödəyəcəklər

Avtobus daşlayan şagirdlər tənbeh edildi - valideynləri cərimə ödəyəcəklər

Xəbər verildiyi kimi, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb. Сars-az xəbər verir ki, bu barədə BŞBPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilmiş və vurulmuş ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub.

Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.

Dostlarınla paylaş


Şərhlər


Top