Avtobus «010»u səkiyə dirmaşdırdı

Avtobus «010»u səkiyə dirmaşdırdı

Bakının Xətai rayonu ərazisində sərnişin avtobusunun iştirakı ilə daha bir yol qəzası baş verib. Cars-az-ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, saat 20:15 radərələrində 10 TA 174 dövlət nömrə nişanlı, «İsuzu» markalı sərnişin avtobusu Gəncə prospektində dönmə əməliyyatı zamanı qəzaya səbəb olub. Qara rəngli «VAZ-21010» markalı avtomobil öz yolu ilə hərəkətdə olarkən avtobus qəflətən onun yoluna çıxıb. Nəticədə avtobusla toqquşan «010» səkiyə dırmaşıb. Qəza zamanı xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzadan dərhal sonra avtobusun sürücüsü marşrutun nömrəsini yığışdıraraq gizlədib.

Cars-az qəza yerindən çəkilmiş videonu təqdim edir:

Seymur

Dostlarınla paylaş


Şərhlər


Top