22.02.2016
Gündəm
Aktyor həbs edildi - Sərxoş halda maşın idarə etdiyinə görə
Türkiyədə yayımlanan "İlişki Durumu Karışık" serialına çəkilən aktyor Pamir Pekin sərxoş halda maşın idarə etdiyinə görə 25 günlük həbs cəzası alıb.
Сars-az xarici mətbuata istinadən xəbər verir ki, aktyor 2 illik həbs cəzası ilə məhkəməyə verilib. Pamir sərxoş olduğunu etiraf edib. O, peşmançılıq hissi keçirdiyini vurğulayıb.
Məhkəmə tərəfindən aktyora 55 gün həbs cəzası verilsə də, onun yaxşı insan olması və adının belə hadisələrdə hallanmamasına görə cəzası azaldılaraq 25 gün edilib.