04.11.2015
Gündəm
20 Yanvar dairəsi bağlandı
Bakının 20 Yanvar dairəsində hərəkət qismən məhdudlaşdırılır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Cars-az-a verdiyi məlumata görə, tərtib olunmuş qrafikə əsasən, bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bununla əlaqədar olaraq, bu gün saat 11:00-dan etibarən 20 Yanvar dairəsində, daha dəqiqi Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. "İşlər başa çatanadək sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyyə olunur", - deyə Anar Nəcəfli vurğulayıb.
Elmin