02.12.2015
Gündəm
14 minə yaxın adsız küçə var - Azərbaycanda
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 45 rayonun 1259 kənd yaşayış məntəqələri üzrə 13 527 adsız küçə formalaşdırılıb.
Cars-az xəbər verir ki, bu barədə komitədən məlumat verilib.
Komitədən qeyd olunub ki, yaxın 2 ay ərzində onların adlandırılması ilə bağlı müvafiq rayon icra hakimiyyəti orqanlarına müraciət olunacaq. “Bakı şəhərində 340 ədəd nəqliyyat infrastrukturu obyektində ünvan lövhəsi, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi, 30 ədəd küçə istiqamət nişanları quraşdırılıb”, - deyə komitədən qeyd edilib.