Yol polisi 30 qəpiklik işi 6 manata necə edir?

Yol polisi 30 qəpiklik işi 6 manata necə edir?

Son zamanlar paytaxtın Yasamal rayonu ərazisində ""5 mərtəbə"" kimi tanınan ərazidə yol polisi tərəfindən saxlanılan avtomobillər cərimə meydançası əvəzinə pullu dayanacaqa aparılır. Bu faktı dayanacağın rəhbərliyi də təsdiqləyir. Bu halda yol polislərinin dayanacağa gətirdiyi avtomobillərə heç bir fərq qoyulmur, yəni, dayanacaqdakı digərləri kimi, sürücüdən günlük 6 manat parkink ödənişi alınır.

Ekpertlər isə bunun qanunsuz olduğunu bildirirlər.

Qanunda göstərilir ki, yol polisi tərəfindən saxlanılan avtomobilin təhlükəsizliyinə yol polisi cavabdehdir. Həm də belə dayanacaqlarda saxlanma rüsumu qanunla tənzimlənir – 30 qəpik.

Baş Dövlət Yol Polis İdarəsindən isə bildirilib ki, sözügedən fakt araşdırılacaq.

Dostlarınla paylaş


Şərhlər


Top