09.03.2016
Avtoxəbər
Sürücülərə qarşı cərimə yüngülləşdi – Ya cərimə, ya da…
Martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsi avtomobili sərxoş idarə edənlərin cəriməsini yüngülləşdirib. Сars-az-ın məlumatına görə, sərxoş halda qaydaları pozan sürücülərə qarşı hansı cəzanın tətbiq ediləcəyini yol polisi müəyyənləşdirir. Yol polisi həmin sürücünü 400 manat cərimə və 5 cərimə balı ilə cəzalandıra bilər və yaxud sürücülük hüququnun məhdudlaşdırılması üçün məhkəməyə göndəriş yaza bilər. Bu dəyişiklik əksər sürücülərin narazılığına səbəb olub.