Sərxoş sürücü 1 yaşlı əkizləri «kolyaska»da vurdu

Sərxoş sürücü 1 yaşlı əkizləri «kolyaska»da vurdu

Sərxoş sürücü 1 yaşlı əkizləri «kolyaska»da vurdu

Sərxoş sürücü əkiz körpələri maşınla vurub. Cars-az-ın xarici mətbuata istinadən xəbərinə görə, hadisə Krımda baş verib. 1 yaşlı əkizlərini uşaq arabasında günorta gəzintisinə çıxaran ana maşının onlara tərəf gəldiyini gördükdə qəzadan yayınmağa çalışıb. Qadın uşaqlarını qorumaq üçün kənara itələsə də, sərxoş sürücü əkizləri vuraraq arabanın 10 dəfə yuvarlanmasına səbəb olub. Hadisə zamanı əkizlərdən biri təkərlərin arasında qaldığı üçün yüngül xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən əkizlərin vəziyyətinin stabil olduğu deyilir.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top