Sərxoş futbolçu velosipedçini vurdu

Sərxoş futbolçu velosipedçini vurdu

http://img.milli.az/2015/08/20/_85077633_pic.jpgİngiltərənin "Everton" klubu və İrlandiya yığmasının yarımmüdafiəçisi Darron Gibson avtomobilini sərxoş vəziyyətdə idarə etdiyi zaman velosipedçini vurub.

Cars-az bbc news-a istinadən bildirir ki, insident İngiltərənin Mançester şəhərində yaşanıb. İdarə etdiyi Nissan GTR ilə velosipedçini vurandan sonra futbolçu qəza yerindən qaçmağa çalışıb. Amma yaxınlıqdakı yanacaqdoldurma stansiyalarından birində ələ keçib.

Baxış zamanı bəlli olub ki, futbolçunun qanında alkoqolun səviyyəsi yolverilən maksimal həddən dəfələrlə yüksəkdir.

Velosipedçi ağır xəsarət almayıb, onun durumu normaldır. Hazırda zədəli olduğu üçün meydana çıxmayan futbolçunun məhkəmə prosesi sentyabrın 1-də başlanacaq. 27 yaşlı futbolçunu böyük məbləğdə cərimə və avtomobili idarəetmə hüququndan uzun müddətə mərhum olunma gözləyir.

Dostlarınla paylaş


Şərhlər


Top